525.Az

62227 şagirdin yekun attestasiyası aparılıb


 

62227 şagirdin yekun attestasiyası aparılıb<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (9 və 11-ci sinif) təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.

Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, artıq Dövlət İmtahan Mərkəzi  tərəfindən bu imtahanlarda iştirak edən 62 227 şagirdin ümumi orta və tam orta təhsil səviyyələrində yekun attestasiyası aparılıb və dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətləri "Şagird-məzun" sisteminə daxil edilib.  Şagirdlərinin yekun qiymətləri məlum olan ümumtəhsil müəssisələri dövlət nümunəli təhsil sənədlərinin məzunlara verilməsi üçün Təhsil Nazirliyinə müraciət edə bilərlər.

Qeyd olunub ki, hazırda Mərkəz tərəfindən iyunun 27-də keçirilən buraxılış imtahanlarında iştirak etmiş şagirdlərin yekun attestasiyasının aparılması işi davam edir. Qiymətlər tezliklə "Şagird-məzun" sisteminə daxil ediləcək.

S.QARAYEVA

 





05.07.2018    çap et  çap et