525.Az

Hərbçilərin olduğu avtobus aşıb, ölən və yaralananlar var


 

Hərbçilərin olduğu avtobus aşıb, ölən və yaralananlar var<b style="color:red"></b>

Azərbaycanda hərbçiləri daşıyan avtobus qəzaya uğrayıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Şəmkir-Gədəbəy yolunun 4-cü kilometrliyində qeydə alınıb.
 
Hərbçiləri daşıyan “PAZ” markalı avtobus “Toyota Land Cruiser” markalı minik maşını ilə toqquşub və aşıb. Nəticədə avtobusda olan hərbçilərdən biri dünyasını dəyişib, 4-5 nəfər isə ağır xəsarət alıb. Yaralılar Şəmkir hospitalına yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.

 





19.07.2013    çap et  çap et