525.Az

Gecə döyüş atışları keçirildi


 

Gecə döyüş atışları keçirildi<b style="color:red"></b>

Azərbaycan ordusunun davam edən genişmiqyaslı təlimlərinin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu mərhələdə qoşunlar şərti düşmənin bütün hədəflərini məhv edərək tapşırıqları uğurla icra ediblər. 

Gecə vaxtı və məhdud görmə şəraitində keçirilən təlimlərdə iştirak edən motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, eləcə də aviasiya vasitələri döyüş atışlarını dəqiq və peşəkarlıqla yerinə yetiriblər.

 





05.07.2018    çap et  çap et