525.Az

Təhsil Nazirliyi qiyabi təhsil alanların müəllim işləməsinə aydınlıq gətirdi


 

Təhsil Nazirliyi qiyabi təhsil alanların müəllim işləməsinə aydınlıq gətirdi<b style="color:red"></b> Təhsil Nazirliyi bakalavriat səviyyəsində qiyabi təhsil alan tələbələrin müəllim vəzifəsinə işə qəbulu ilə bağlı məsələyə aydınlıq gətirib.
 
Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, müəllimlərin işə qəbulu üzrə qaydalarda “Bakalavriat səviyyəsində qiyabi təhsil alan tələbələrin müəllim vəzifəsinə işə qəbuluna icazə verilmir” ifadəsi yalnız qiyabi formada təhsil alan I-IV kurs tələbələrinə aiddir.
 
Qiyabi təhsili başa vurub, diplom alan şəxslər işə qəbul üzrə müsabiqədə iştirak edə bilərlər.
 





19.07.2013    çap et  çap et