525.Az

Məleykə Abbaszadə Tovuzda vətəndaşları qəbul edəcək


 

Məleykə Abbaszadə Tovuzda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Tovuz rayonunda vətəndaşları qəbul edəcək.

DİM-dən APA-ya verilən məlumata görə, Tovuz rayonunda keçiriləcək qəbulda Tovuz, Şəmkir, Qazax və Ağstafa rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.  

Qəbul iyul ayının 12-də, saat 11:00-da Tovuz rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. 

Qəbula gəlmək istəyən vətəndaşları DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçə və ya DİM-in Şəmkir Regional Bölməsinə (Ünvan: Şəmkir, Bakı-Qazax şosesi, 350 km, İnzibati bina “West gate”) müraciət edə bilərlər (əlaqə tel: +99451 566 41 73). 

Bundan əlavə, qəbula yazılmaq istəyənlər üçün Şəmkir, Tovuz, Qazax və Ağstafa rayon Təhsil şöbələrində 6 –11 iyulda (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.                                          

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 





06.07.2018    çap et  çap et