525.Az

Qəzada xəsarət alan hərbçilərin adları məlum olub


 

Qəzada xəsarət alan hərbçilərin adları məlum olub<b style="color:red"></b>

Azərbaycanda baş verən avtobus qəzasında ağır xəsarət alan hərbiçilərin adları məlum olub.

Şəmkir Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə,  hadisə Yasamal aşırımında qeydə alınıb. Qəza zamanı 1985-ci il təvəllüdlü Canbulat Zahir oğlu Əmrahovun idarə etdiyi “10-PK-248” dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı avtomobillə Müdafiə Nazirliyinin baş giziri 1976-cı il təvəllüdlü  Zülfüqar Elxan oğlu Şirəliyevin idarə etdiyi “8573- AO”  dövlət qeydiyyat nişanlı  “PAZ” markalı sərnişin avtobusu toqquşub.
 
Şəmkir Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində 1978-ci il təvəllüdlü, mayor İrşad Salman oğlu Abbasov və 1972-ci il təvəllüdlü Midhət Tələt oğlu Əsədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Xəstəxanadan həmçinin bildirilib ki, qəza nəticəsində xəsarət alan avtobusun sürücüsü və digər şəxslər Gəncə Şəhər Hərbi Hospitalına yerləşdirilib.
 

 





19.07.2013    çap et  çap et