525.Az

10 ildən artıq stajı olan müəllimlərin işə qəbulu üçün qaydalar müəyyənləşdi


 

10 ildən artıq stajı olan müəllimlərin işə qəbulu üçün qaydalar müəyyənləşdi<b style="color:red"></b>

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə elektron ərizə ilə qeydiyyatdan keçənlərin sayı açıqlanıb.

Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən verilən məlumata görə, bu ildən etibarən 10 ildən artıq pedaqoji stajı olub, 3 ildən az müddətdə işdən ayrılan müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı zamanı onların diaqnostik qiymətləndirməsinin balı nəzərə alınacaq.

Məlumatda bildirilib ki, bu ildən başlayaraq, müəllimlərin işə qəbul imtahanlarında topladığı bal iki tədris ili ərzində nəzərə alınacaq: "Bəzi müəllimlər düşünürlər ki, imtahanlarda keçid balını toplasam belə, vakant yer yoxdursa, işə qəbul oluna bilməyəcəyəm. Bəlkə də müəllimin müraciət etdiyi müddətdə vakant yer yoxdur, amma bu o demək deyil ki, müəlimin topladığı bal öz əhəmiyyətini itirir. Müəllimlər həmin bal əsasında tədris ili ərzində yaranan vakant yerlərə müddətli müqavilə ilə işə qəbul üçün, eyni zamanda, növbəti ildə də işə qəbul üçün müraciət edə bilərlər".

S.QARAYEVA

 





06.07.2018    çap et  çap et