525.Az

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş vaxtı məlum oldu


 

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş vaxtı məlum oldu <b style="color:red"></b>

Azərbaycan XİN Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək görüşlə bağlı açıqlama yayıb. 

APA-nın xəbərinə görə, açıqlamada bildirilir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk qrupu həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endrü Sxofer - ABŞ) vasitəçiliyi ilə 11 iyul tarixində Brüsseldə görüşəcək:

“Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq”.

 





09.07.2018    çap et  çap et