525.Az

Novruz Məmmədov Türkiyənin iqtisadiyyat naziri ilə görüşdü


 

Novruz Məmmədov Türkiyənin iqtisadiyyat naziri ilə görüşdü<b style="color:red"></b>

Baş nazir Novruz Məmmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri başlayıb. 

APA-nın xəbərinə görə, nümayəndə heyətini hava limanında Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və digər rəsmi şəxslər qarşılayıb. 

Qarşılama mərasimindən sonra Novruz Məmmədov və Nihat Zeybəkçi arasında görüş keçirlib. 

Qeyd edək ki, Novruz Məmmədov və Azərbaycan nümayəndə heyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya gedib.

 





09.07.2018    çap et  çap et