525.Az

Samuxda keçilməz bataqlıq ərazidə yanğınının söndürülməsi davam edir


 

Samuxda keçilməz bataqlıq ərazidə yanğınının söndürülməsi davam edir<b style="color:red"></b>

İyulun 7-i, axşam saatlarından Samux rayonunun Burunqovaq kəndi yaxınlığındakı qamışlıq və sıx kolluq olan geniş və keçilməz (bataqlıq) ərazidə baş vermiş yanğının söndürülməsi bu gün də davam etdirilib. 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. 

Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Əlavə məlumat veriləcək.

 





10.07.2018    çap et  çap et