525.Az

Bakıda çimərlikdə dava: yaralananlar var


 

Bakıda çimərlikdə dava: <b style="color:red">yaralananlar var</b> İyulun 22-nə keçən gecə Bakı şəhərinin Binəqədi rayonu ərazisində, Novxanı çimərliyində kütləvi dava olub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Novxanıdakı “Laçın” istirahət mərkəzi yaxınlığında bir qrup şəxs arasında yaranmış mübahisə kütləvi davaya səbəb olub. Dava zamanı iki nəfər: Əliyev Telman Əzizağa oğlu və Abışov Samir Əsgərxan oğlu bıçaqlanıblar. Hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Hazırda T.Əliyev və S.Abışovu bıçaqlayan şəxs və ya şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
 





22.07.2013    çap et  çap et