525.Az

“Ölkədə qarşıdurma yaratmaq istəyənlər dindən istifadə edirlər”


 

“Ölkədə qarşıdurma yaratmaq istəyənlər dindən istifadə edirlər”<b style="color:red"></b>

“Gəncədəki din adı altında baş vermiş hadisə əvvəldən təşkil olunmuş terror hadisəsidir və bunu təşkil edənlərin məqsədi Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqdır”. 

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, ölkədə qarşıdurma yaratmaq istəyənlər dindən istifadə edirlər:

“Bununla onlar dini də təhrif edirlər". 

Komitə sədri qeyd edib ki, Azərbaycan güclü dövlətdir və bu cür təxribatların öz məqsədinə çatmasına imkan verməyəcək:

"Gəncədəki hadisənin dinə aidiyyəti yoxdur. Bumunla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır, saxlanılanlar var və tezliklə hadisənin arxasında dayanan daxili-xarici qüvvələr ifşa edilib, ictimaiyyətə elan olunacaq.

Hadisəni törədəni dəstəkləyənlərə nəzər yetirdikdə - hansı ki onlar hətta Ermənistanda oturaraq Azərbaycan əleyhinə təbliğat aparanlardır - o zaman məsələ aydın olur. Bu, ölkəmizə qarşı terror hadisəsidir”.

 





10.07.2018    çap et  çap et