525.Az

Türkiyə prezidenti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət etdi


 

Türkiyə prezidenti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət etdi<b style="color:red"></b>

Azərbaycana səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk olaraq nümayəndə heyəti ilə birlikdə Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib. 

APA-nın xəbərinə görə, R.T.Ərdoğan daha sonra Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib. 

Ərdoğan Türk Şəhidliyini ziyarət edərkən "Bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycan-Türkiyə əlaqələrinin hər sahədə böyüməsi və inkişafı üçün əlimizdən gələni edəcəyik", deyə bildirib. 

Qeyd edək ki, bu, R.T.Ərdoğanın 24 iyun prezident seçkilərindən sonra xarici ölkəyə ilk rəsmi səfəridir.

 





10.07.2018    çap et  çap et