525.Az

Nazirliyin Facebook səhifəsində vətəndaşların suallarına cavab veriləcək


 

Nazirliyin Facebook səhifəsində vətəndaşların suallarına cavab veriləcək<b style="color:red"></b> Təhsil Nazirliyi nazirliyin Facebook səhifəsinin istifadəçilərinə müraciət edib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, 22-25 iyul tarixlərində Təhsil Nazirliyinin Facebook səhifəsində təhsil sahəsi ilə bağlı vətəndaşları maraqlandıran suallara cavab veriləcək. İstifadəçilərdən xahiş olunur ki, Təhsil Nazirliyinin səlahiyyətlərinə aid olmayan və təkrarlanan suallarla müraciət etməsinlər. Əks halda, belə suallar səhifədən silinəcəkdir. Suallar qısa müddət ərzində şərhlər vasitəsi ilə cavablandırılacaq.
 





22.07.2013    çap et  çap et