525.Az

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salındı


 

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salındı <b style="color:red"></b>

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq, rotasiya qaydasında Əfqanıstana yola salınıb. 

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. 

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.

 





10.07.2018    çap et  çap et