525.Az

Sahil Babayev Lənkəranda vətəndaşları qəbul edəcək


 

Sahil Babayev Lənkəranda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gələn həftə, iyulun 20-də Lənkəran rayonunda  vətəndaşları qəbul edəcək. 

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, qəbul zamanı Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarının sakinləri fərdi qaydada qəbul edilməklə, onların əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun, o cümlədən özünüməşğulluğun təmin olunması məsələlərinə dair müraciətləri dinləniləcək. 

Müraciətlərdə əksini tapan məsələlərin qanunvericiliyə uyğun qaydada həlli ilə bağlı tədbirlər görüləcək. 

Qeyd olunan rayonların sakinləri iyulun 17-dək qəbula yazıla bilərlər. Qəbula yazılmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə müraciət etmək və ya “142 -Çağrı Mərkəzi” ilə əlaqə saxlamaq mümkündür.

 





11.07.2018    çap et  çap et