525.Az

"Neftçi" növbəti mərhələyə yüksələ bilməsə, istefa verəcəyəm"


 

"Neftçi" növbəti mərhələyə yüksələ bilməsə, istefa verəcəyəm"<b style="color:red"></b>

"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransı keçirib.

Qol.Az-ın "1news.az"a istinadən verdiyi məlumata görə, B.Hacıyev "Skenderbeu" ilə görüşdə yalnız hücum futbolu oynayacaqlarını bildirib:

"İlk görüşdə qol vurmaq üçün yaxşı vəziyyətlər yaratsaq da, bunlardan istifadə edə bilmədik və 0:0 oynadıq. Cavab matçında lazımi nəticəni qazanmaq üçün hər şeyi edəcəyik. Hər zamankı kimi yenə də hücum futbolu oynayacağıq. Əgər "Neftçi" növbəti mərhələyə yüksələ bilməsə, istefa verəcəyəm".

Qeyd edək ki, "Skenderbeu" - "Neftçi" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 





23.07.2013    çap et  çap et