525.Az

Bakıda sahibsiz itləri güllələyən şəxs tutuldu


 

Bakıda sahibsiz itləri güllələyən şəxs tutuldu<b style="color:red"></b>

İyulun 15-də Pirallahı qəsəbəsi ərazisində sahibsiz itlərə silahdan atəş açan şəxs Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalarla onun qəsəbə sakini Qismət İmanov olduğu müəyyən edilib. Ondan müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülüb.        

Faktla bağlı Pirallahı RPŞ-də araşdırma aparılır.

 





16.07.2018    çap et  çap et