525.Az

Avropa və Qərbdən Ermənistana mesaj: İnqilab məntiqi nəticələrə gətirilməlidir


 

Avropa və Qərbdən Ermənistana mesaj: <b style="color:red">İnqilab məntiqi nəticələrə gətirilməlidir</b>

Ermənistanın Avropadan və Qərbdən gözləntiləri özünü doğrultmadı. Bu ölkədə aprel ayından başlayan aksiyalar Serj Sarkisyanın istefa verməsi, Nikol Paşinyanın baş nazir seçilməsi ilə nəticələndi. Lakin ötən müddət ərzində Paşinyanın aksiyalar dövründə verdiyi vədləri yerinə yetirmək iqtidarında olmadığı aydın şəkildə ortadadır.

Paşinyan islahatlardan, korrupsiya ilə mübarizədən, iqtisadi inkişafdan, Avropa və Qərblə yaxınlaşmaqdan danışsa da, bu istiqamətdə hələ ki, heç bir addım atmayıb. Yaxud atmaq iqtidarında deyil. Onun baş nazir seçildikdən sonra ölkənin xarici siyasət xəttinin dəyişməyəcəyinə dair açıqlamalar verməsi Serj Sarkisyanın xarici siyasət sahəsində xəttinin davam edəcəyi demək idi. Sarkisyanın xarici siyasəti Ermənistanı forposta çevirmiş, ölkə müstəqil olaraq heç bir qərar verə bilmirdi. Və ötən dövr göstərdi ki, Paşinyan Sarkisyanın xarici siyasət kursuna sadiqdir. Sözdə Avropa və Qərbələ əməkdaşlıqdan danışsa da, heç bir konkret addım atmaq niyyətində deyil. Qərbdən, Avropadan dəstək gözləyən, maliyyə uman Paşinyan bu siyasəti ilə uzağa gedə bilməyəcəyini anlayır. Lakin təcrübəsizliyi, idarəetmədəki naşılığı qətiyyətli qərarlar qəbul etməsinə imkan vermir. Bir sözlə, Paşinyan çıxılmaz vəziyyətə düşüb.

Bununla belə, o, hər hansı addım atmaq niyyətində deyil. Dünən keçirdiyi mətbuat konfransında yenidən təkrar edib ki, Ermənistanın xarici siyasətində heç bir dəyişiklik olmayacaq.

Erməni mətbuatı da bu mövzuya geniş yer verir və qeyd edir ki, Qərbdə erməni inqilabına qarşı laqeyd münasibət onunla bağlı ola bilər ki, Ermənistandakı dəyişikliklər xarici siyasət istiqamətində heç bir yenilik gətirmədi.

ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills bəyan edib ki, Ermənistana yeni böyük Amerika investisiyalarının qoyuluşu  barədə danışmaq üçün hələ çox erkəndir.  Diplomatın sözlərinə görə, ABŞ investorları sərmayələr qoymaqda maraqlıdırlar, amma onlar erməni hökumətinin korrupsiyaya qarşı mübarizəsinin necə bitdiyini görmək istəyirlər.

Erməni mətbuatının yazdığına görə, Nikol Paşinyanın Brüsselə səfərindən sonra Avropanın ünvanına kəskin bəyanatlar səslənməkdədir. Paşinyanın Avropadan gözləntiləri daha yüksək idi, lakin inqilabdan sonra Avropanın Ermənistana münasibəti dəyişməyib. Cavab olaraq, Aİ-nin Ermənistandakı səfiri Petr Svitelski bildirib ki, əgər Ermənistan Avropaya münasibətdə öz siyasətini dəyişmək niyyətində deyilsə, Avropa öz münasibətini necə dəyişə bilər? “Siz deyirsiniz ki, Ermənistanın Avropa ilə bağlı siyasətində dəyişiklik olmadığı halda, Avropanın münasibətində dəyişiklik edilməlidir. Bunu necə birləşdirmək olar?”, deyə səfir sual edib.

Bir çoxları deyirlər ki, Qərbin erməni inqilabını dəstəkləməsinə baxmayaraq, ümumiyyətlə, indi laqeyd münasibət göstərir. Bu, müxtəlif şərtlərdən asılı ola bilər, lakin əsasən, Ermənistandakı dəyişiklik özündə Gürcüstan və Ukraynada olduğu kimi xarici siyasət yönümündə dəyişiklik gətirmədi

Digər tərəfdən, Qərb Ermənistanın xarici siyasət yönümündəki dəyişikliyin edilməsi barədə məsələ qoymur, hər kəs Ermənistandakı vəziyyəti başa düşür və ölkənin siyasəti geosiyasi missiyanın yerinə yetirilməsi üçün minimum şərtlərin təmin olunmasına yönəldilib. Bu şərtlərdə həyəcan və ya xəyal qırıqlığına səbəb yoxdur. İnqilab bütün cəbhələrdə davam etməlidir və məntiqi nəticəyə çatmalıdır. Yəni yeni keyfiyyətlərlə  dövlət yaradılmalıdır. Necə ki, bunu gürcülər etdi, amma ukraynalılar edə bilmədilər, orada oliqarxik qaydalar saxlandı, yalnız Ukraynanın daha əhəmiyyətli bir geosiyasi rolu var idi.

Qərbin səfirləri  Mills və Svitalskiy - bu barədə açıq şəkildə danışırlar. Və bu, yaxşıdır, çünki illüziyalar və formallıqlara yer qalmır.

Erməni mtbuatı Rusiyanın buna necə reaksiya verməsinə də diqqət çəkib və qeyd edib ki, bu, çox vacib məsələ deyil, çünki Qərblə münasibətlər indiyədək Ermənistanın Rusiyaya olan münasibətlərini şərtləndirib: “Bu, Rusiyanı Ermənistanın “heç bir yerə getməyəcəyi” ilə bağlı məcburi əlaqəyə cəlb edə bilərmi? Hər halda əlaqələri aydınlaşdırmağın vaxtı gəlib çatıb”.

PƏRVANƏ

 





21.07.2018    çap et  çap et