525.Az

Emin Ağalarov Nabranda ayağını itirən uşaqdan yazdı - Foto


 

Emin  Ağalarov Nabranda ayağını itirən uşaqdan yazdı - <b style="color:red">Foto</b>

İş adamı və məşhur müğənni Emin Ağalarov Nabrandakı faciədə ayağını itirən İmrandan yazıb.

"Qafqazinfo" xəbər verir ki, Emin instagramda İmranla bağlı fikirlərini bölüşüb:

“Dostlar, ilk növbədə İmrana sağlamlıq, valideynləri və yaxınlarına isə belə dərdə dözməkləri üçün güc arzulayıram. Vurğulamaq istərdim ki, bu faciəyə reaksiya verən təkcə mən olmadım. Bu haqda bu gün səhər İnstagramda öyrəndim və körpənin xalalarıyla əlaqə saxlaya bildim. Vəsaitin yarısı həmvətənlərimizin sayəsində artıq toplanmışdı. İyulun 11-də Bakıda verdiyim xeyriyyə konsertindən toplanan məvacib isə bu gün göndərilməli idi. Lakin mənə məlumdur ki, dövlət digər təşkilatı məsələlərin həllini artıq öz üzərinə götürüb. Bir daha qeyd edirəm ki, bu, bizim ümumi köməyimizdir və biz ümid edirik ki, bu, körpəyə həqiqətən də kömək edəcək”.

 





24.07.2013    çap et  çap et