525.Az

Qanunsuz narkotik dövriyyəsinə görə 35 əcnəbi məsuliyyətə cəlb edilib


 

Qanunsuz narkotik dövriyyəsinə görə 35 əcnəbi məsuliyyətə cəlb edilib<b style="color:red"></b>

Bu ilin 6 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 35 nəfər xarici ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. 

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təqdim etdiyi 2018-ci ilin 6 ayı ərzində ölkədə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumatda əksini tapıb. 

Əcnəbilərdən 19-u İran İslam Respublikası, 6-sı Rusiya Federasiyası, 5-i Gürcüstan, 2-si Ukrayna, 1-i Türkiyə, 1-i ABŞ, 1-i isə  İrlandiya Respublikasının vətəndaşı olub.

 





23.07.2018    çap et  çap et