525.Az

"Kəlbəcərli girovların məsələsi ilə bağlı səylər davam etdiriləcək"


 

"Kəlbəcərli girovların məsələsi ilə bağlı səylər davam etdiriləcək"<b style="color:red"></b>

“Dilqəm Əsgərov və Şahbazın Quliyevin vəziyyəti ilə bağlı nazir Elmar Məmmədyarov tərəfindən BMT-nin baş katibinə, Beynəlxalq Qızıl Xaç Komitəsinə, BMT-nin insan haqları üzrə, eləcə də qaçqınlar üzrə ali komissarlarına məktublar ünvanlanıb”.

APA-nın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

H. Hacıyev bildirib ki, Azərbaycanın ATƏT və Avropa  Şurası yanında nümayəndəlikləri tərəfindən də bu məsələ həmin təşkilatların gündəliyinə çıxarılıb və Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb:
 
“Bu məsələ ilə bağlı siyasi, hüquqi və diplomatik müstəvidə səylərimizi davam etdirəcəyik”.

 





23.07.2018    çap et  çap et