525.Az

Məlahət İbrahimqızı: "Həmsədr ölkələr nağıllara son qoymalıdır"


 

Məlahət İbrahimqızı: "Həmsədr ölkələr nağıllara son qoymalıdır"<b style="color:red"></b>

"Bu millət, bu xalq artıq beynəlxalq vasitəçilərin, həmsədrlərin "nağıllarını" dinləməkdən bezib, yorulub. İllərdir eyni sözlər, eyni vədlər, eyni bəyanatlar səsləndirilir, konkret işə, əməli fəaliyyətə keçilmir".
 
Bunu "525"ə açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, artıq ATƏT-in Minsk qrupu, həmsədr dövlətlər, beynəlxalq ictimaiyyət quru, boş vədlərinə son qoymalı, 30 ildən bəri haqsızcasına davam edən Qarabağ münaqişəsinin həlli istiqamətində real addımlar atmalıdır.

Millət vəkili bildirib ki, ortada BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin və digər önəmli strukturların məlum qətnamələri var və ermənilər, işğalçı Ermənistan artıq həmin sənədlərin icrasına məcbur edilməlidir:

"Artıq onların nazı ilə oynamaq yetər. Ermənistana, təcavüzkar dövlətə qarşı ciddi təzyiq mexanizmləri işə salınmalı, sanksiyalar tətbiq olunmalıdır. Bunlar edilməyincə, Ermənistan aşkar və gizli havadarlarının da təhriki ilə işğaldan, təcavüzdən əl çəkməyəcək, əksinə, daha da şirniklənəcək. Necə ki, bunu da edirlər, münaqişənin həlli istiqamətində bütün səyləri heçə çıxarlar.

Qatı cinayətkar, əli xalqımızın qanına batmış Sarkisyanı devirərək onun yerinə gəlmiş Paşinyan da verdiyi, səsləndirdiyi bəyanatları ilə sarkisyanlardan, koçaryanlardan fərqlənmədiyini göstərir, yəni onların yolu ilə gedəcəyini nümayiş etdirir. Odur ki, artıq onlara, təcavüzkara dur deməyin vaxtıdır. Bu münaqişə bu qədər davam edə bilməz. Xalqımızın səbri tükənib. Xalqımız bu münaqişənin artıq ədalətli həll olunmasını istəyir və vasitəçilər missiyasından da bunu haqlı olaraq tələb edir. Həmsədr dövlətlərdən biri kimi, həm Fransa, həm də digər iki həmsədr ölkə artıq məsuliyyətlərini anlamalı, işğalçı Ermənistanı yerində oturtmaq üçün qollarını çırmalayıb, əməli addımlara keçməli, ona ən sərt təzyiq mexanizmləri tətbiq etməlidirlər. Bu, onların vəzifəsi, borcu və missiyasıdır".

Kamil HƏMZƏOĞLU

 





24.07.2018    çap et  çap et