525.Az

Salih Yılmaz: "Türkiyə ilə Rusiya arasındakı əlaqələr daha da yaxınlaşacaq"


 

Salih Yılmaz: "Türkiyə ilə Rusiya arasındakı əlaqələr daha da yaxınlaşacaq"<b style="color:red"></b>

"Prezident üsul-idarəsinə keçən Türkiyə üçün artıq yeni bir dövr başlayıb".

Bunu Ankara İldırım Beyazit Universitetinin professoru, Rusiya Araşdırmaları İnstitutunun direktoru, politoloq Salih Yılmaz deyib.

O bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın parlamentdəki andiçmə mərasimindən sonra prezident iqamətgahında təşkil edilən qəbulda 22 dövlət başçısı, 28 ölkənin yüksək səviyyəli nümayəndələri və 6 beynəlxalq təşkilatın baş katibi iştirak edib: "Rusiyanı isə baş nazir Dmitri Medvedev təmsil edirdi. Mərasimdə, həmçinin, Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski, partiyanın üzvü Vasili Vlasov, Dmitri Savelyev və Boris Çernilov iştirak edirdilər. Beləliklə, bu, deməyə imkan verir ki, daha çox sayda nümayəndə heyəti Rusiyadan gəlib".

Politoloq hesab edir ki, yeni kabinet üzvlərinin açıqlanması ilə çox güman ki, Türkiyə ilə Rusiya arasındakı əlaqələr daha da yaxınlaşacaq: "Köhnə baş qərərgah rəisi Hulisi Akarın milli müdafiə naziri təyin olunması Rusiya tarazlığını artırır. Çünki son iki ildə Hulusi Akarın Rusiyaya səfərləri, bu ölkənin müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Rusiyanın müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovla dostluğu hər iki ölkəyə də müsbət təsir göstərəcəkdir. Digər tərəfdən, Mövlud Çavuşoğlunun xarici işlər naziri vəzifəsinə yenidən təyin edilməsi deməyə əsas verir ki,  Rusiya və Avrasiya Türkiyənin perspektivində prioritet olaraq qalmaqda davam edəcək. Xarici işlər naziri Çavuşoğlunun Rusiyaya rəğbəti xüsusilə də, onun Alaniyada doğulması faktı ilə bağlıdır.  Onun bu ölkəyə marağı ikitərəfli əlaqələrdə taktiki əməkdaşlığı gücləndirəcək".

Politoloq əlavə edib ki, digər tərəfdən, Rusiya ilə Türkiyə arasındakı enerji sahəsində əməkdaşlıqda yeni bir implus əldə edilməsi əlaqələrin əsas nöqtəsini təmin edir ki, bu da Berat Albayrak təyinatıdır:  "Baxmayaraq ki, bu günə qədər Türkiyə-Rusiya münasibətlərində hər şey hamardır, amma iki ölkə arasında hələ də həll edilməli olan məsələlər qalmaqdadır. Hər iki ölkə problemlərin həll etməkdənsə, daha çox əməkdaşlıq üzərində dayanıb. Önümüzdəki dövrdə iki ölkə Krım, Şimali Kipr, Dağlıq Qarabağ kimi məsələləri, vizalar və Suriya ilə əməkdaşlıqda balanslaşmanı müzakirə etməlidir. Türkiyədə, Şimali Kiprə qarşı Rusiyanın Krım kartı  işləməyəcək. Birincisi, Rusiya Türkiyəyə yönəlik hər addımında faydalar əldə etmək siyasətindən imtina etməlidir. Digər tərəfdən artıq Türkiyəyə aid bəyanatlar verən Dugin və Jirinovski kimi fiqurları əvəz etməyin vaxtı gəlib. Türkiyə ictimaiyyəti noyabrın 24-də təyyarə böhranından sonra Jirinovskinin İstanbula atom bombası atılması təklifini unutmadı. Dugin vasitəsilə ötürülən mesajlar mühafizəkarları narahat edir. Bəli, Dugin Türkiyəni dair mənfi təqdim etmək fikirlərini rədd etmiş ola bilər, amma bu, Türk cəmiyyəti üçün yanlış seçimdir. Rusiya Türkiyənin siyasətinə istiqamət vermək üçün daha ciddi oyunçuların önünə gətirilməlidir. Məlumdur ki, ABŞ Türkiyə ilə Rusiya arasındakı münasibətləri xoş qarşılamır. ABŞ-ın NATO-dakı nümayəndəsi Kay Bayli Hutçison Amerika mətbuatında nəşr edilən bəyanatında bildirib ki, Rusiya bir çox ölkələrin, başlıcası da Türkiyənin NATO-dan çıxmasını istəyir".  Ekspertə görə, Brüsseldə baş tutan NATO sammiti Türkiyə-Amerika münasibətlərində mühüm dönüş nöqtəsidir.  16 iyulda prezidentlər Putin ilə Tramp arasındakı danışıqların formatı NATO-da qəbul edilən qərarları verəcək.

PƏRVANƏ

 





25.07.2018    çap et  çap et