525.Az

DSX, DGK, DMX və ASAN xidmətin rəhbərliyi Şəkidə sərhəd zastavasında


 

DSX, DGK, DMX və ASAN xidmətin rəhbərliyi Şəkidə sərhəd zastavasında <b style="color:red"></b>

Dövlət Sərhəd Xidmətinin rəisi, ge­neral-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri, göm­rük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Miqrasiya Xid­mə­tinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikasının Pre­zidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev DSX-nin sərhəd qoşunlarının “Şəki” sərhəd dəstəsinin “Laza” sərhəd zastavasına səfər ediblər. 

DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, səfər zamanı Dövlət Sərhəd Xidmətinin və ASAN Xidmətin birgə təş­kilatçılığı ilə 100 nəfər ASAN könüllüsü üçün təşkil olun­muş “Hər­biyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirak­çıları ilə görüş keçiril­ib, “Laza” sərhəd zastavasında sərhədçilərin xidmət və yaşayış şəraiti ilə tanış olunub. 

Görüşdə gənclərin hərbi-vətənpərvərlik, Azərbay­can dövlətçiliyi­nə sədaqət və Vətənə məhəbbət ruhunda tərbiyəsinin mühüm əhə­miy­yət kəsb etməsi xüsusi qeyd olunmuş, bu cür layihə­lərin miqya­sı­nın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. 

Azərbaycan Prezidenti İlham Əli­yevin Ali Baş Komandanlığı altında ölkəmizin hərbi qüdrətinin yüksəl­dilməsi istiqamətində görülən işlər sa­yə­sində torpaqlarımızın ən yaxın müd­dət­də işğaldan azad ediləcəyinə əminlik ifadə olunub, fəaliyyət sahə­­sindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının döv­lət­çilik naminə çalışmasının böyük əhəmiyyət kəsb etməsi vurğulan­ıb.

 

 





25.07.2018    çap et  çap et