525.Az

Bu il nikaha daxil olmaq istəyən 69 nəfərin İİV-ə yoluxduğu aşkarlanıb


 

Bu il nikaha daxil olmaq istəyən 69 nəfərin İİV-ə yoluxduğu aşkarlanıb<b style="color:red"></b>

Bu ilin 6 ayı ərzində Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslər arasında İİV infeksiyasına yoluxduğu aşkar edilən şəxslərin sayı açıqlanıb. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1 iyun 2015-ci il tarixdən etibarən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində bu ilin 6 ayı ərzində 64786 şəxs İİV-ə görə müayinəyə cəlb olunub. 

Onlardan 69 nəfərdə ilkin İİV müsbət nəticə qeydə alınıb.

 





25.07.2018    çap et  çap et