525.Az

İyunun 1-dən Bakıda 17 nəfər suda boğulub


 

İyunun 1-dən Bakıda 17 nəfər suda boğulub<b style="color:red"></b> Çimərlik mövsümü başlayandan indiyə qədər Bakıda  24 nəfər suda boğulma təhlükəsi ilə üzləşib.
 
Bakı Şəhər Təcili və Təxirəsalınmaz  Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin Lent.az-a verdiyi məlumata görə, həmin şəxslərin 17-i həyatını itirib, 7 nəfərin isə həyatını xilas etmək mümkün olub.
 
Bakıda may ayından indiyə qədər 30 nəfəri gün vurub, 15 nəfəri ilan, 45 nəfəri isə həşərat sancıb. Bu hallarda ölüm qeydə alınmayıb.
 





25.07.2013    çap et  çap et