525.Az

Zaxarova Azərbaycana gəldi


 

Zaxarova Azərbaycana gəldi<b style="color:red"></b>

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova Azərbaycana gəlib.

525.az "Report"a istinadən xəbər verir ki, o, "Jara" Beynəlxalq Festivalında iştirak edir. 

M.Zaxarova rusiyalı şou-biznes ulduzları ilə birgə festivalın açılışında qırmızı xalça üzərindən keçib. 

Rusiya XİN-in sözçüsü deyib ki, o, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri ilə müzakirələr aparmaq üçün Bakıya gəlib və müzakirələr sabah keçiriləcək. 

"Bu gün Bakıda keçirilən festivaldan çox məmnunam", - M.Zaxarova bildirib.

 





26.07.2018    çap et  çap et