525.Az

Koçaryana qarşı ittiham irəli sürüldü, həbsi üçün məhkəməyə müraciət olundu


 

Koçaryana qarşı ittiham irəli sürüldü, həbsi üçün məhkəməyə müraciət olundu<b style="color:red"></b>

Ermənistanda 2008-ci il martın 1-də 10 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində sabiq prezident (1998-2008) Robert Koçaryana qarşı konstitusion quruluşu devirmək ittihamı irəli sürülüb. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatında bildirilir.   

Qeyd edək ki, bir neçə saat əvvəl Robert Koçaryan şahid qismində dindirilmişdi. Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar artıq məhkəməyə vəsatət təqdim edilib. 

Xatırladaq ki, bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan qeyd olunan cinayət işi çərçivəsində konstitusion quruluşu devirmək ittihamı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində axtarış elan olunub.   

Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, 2008-ci ildə Yerevan hərbi qarnizonunun komandanı olmuş Yuri Xaçaturov da Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən dindirilib.

 





27.07.2018    çap et  çap et