525.Az

Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmə


 

Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmə <b style="color:red"></b>

Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında fəaliyyət proqramına uyğun olaraq, Bakıda xarici siyasətin informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilib.
 
APA-nın xəbərinə görə, məsləhətləşmələrə Azərbaycan tərəfindən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Rusiya tərəfindən isə XİN-in İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova rəhbərlik  edib.
 
Görüşdə Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafından məmnunluq ifadə olunub. Məsləhətləşmələr çərçivəsində kütləvi informasiya vasitələri və sosial şəbəkələrlə iş, rəqəmsal diplomatiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi aparılıb. 

Bu formatda məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.

 





27.07.2018    çap et  çap et