525.Az

İlham Əliyev Peru prezidentinə məktub göndərdi


 

İlham Əliyev Peru prezidentinə məktub göndərdi <b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Peru prezidenti Martin Vizkarra Kornexoya məktub göndərib. 

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir: 

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Peru arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və tərəqqi diləyirəm”.

 





27.07.2018    çap et  çap et