525.Az

“Wikileaks”ın yaradıcısı Londonda həbs oluna bilər


 

“Wikileaks”ın yaradıcısı Londonda həbs oluna bilər<b style="color:red"></b>

Ekvador prezidenti Lenin Moreno məşhur "WikiLeaks" saytının yaradıcısı Culian Assanc barədə yekun qərara gəlib. 

Modern.az Rusiyanın TASS agentliyinə istinadən xəbər verir ki, Moreno Assancın ölkənin Londondakı səfirliyini tərk etməli olacağını bildirib.

Assanc 2011-ci ilin iyunundan Ekvador səfirliyinə sığınıb. 

O, Ekvador prezidentindən siyasi sığınacaq istəyib. Səfirlikdən İsveçə Assancı səfirlik divarları arxasında sorğulamaq barədə təklif göndərilib. 

Qeyd edək ki, bir çox ölkələrin sirlərini ictimaiyyətə açan "WikiLeaks" saytının yaradıcısı Culian Assanc İsveç polisi tərəfindən iki qadınla qoruyucusuz cinsi əlaqəyə girməkdə ittiham edilir. Buna görə ona cinayət işi açılaraq beynəlxalq axtarışa verilib.

 





27.07.2018    çap et  çap et