525.Az

Ermənistanda KTMT-nin baş katibi zaminə buraxıldı


 

Ermənistanda KTMT-nin baş katibi zaminə buraxıldı <b style="color:red"></b>

Ölkənin konstitusiya quruluşunun devrilməsində təqsirli bilinən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturov məhkəmənin qərarı ilə zaminə buraxılıb. 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili Miqran Poqosyan bildirib. 

Zaminə buraxma məbləği 5 milyon dram (11 min ABŞ dolları) təşkil edib. 

İttiham 1-2 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işinin ilkin istintaqı zamanı əldə olunmuş yetərli sübutlar əsasında irəli sürülüb.

 





28.07.2018    çap et  çap et