525.Az

Rusiyanın tanınmış yazıçısı vəfat etdi


 

Rusiyanın tanınmış yazıçısı vəfat etdi<b style="color:red"></b>

Sovet İttifaqı və Rusiyanın tanınmış yazıçısı Vladimir Voynoviç vəfat edib. 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 86 yaşlı V.Voynoviç ürək tutmasından ölüb. 

Vladimir Voynoviç 1932-ci ildə Düşənbədə anadan olub. 1981-ci ildə V.Voynoviç dissident fəaliyyəti ilə əlaqədar SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə vətəndaşlıqdan məhrum edilib. 1981-1990 illərdə Almaniya Federativ Respublikası və ABŞ-da yaşayıb, “Azadlıq” radiostansiyası ilə əməkdaşlıq edib. 1990-cı ildə vətəndaşlığı bərpa edilən yazıçı vətəninə dönüb. 

Onun ən məşhur əsəri 1969-1975-ci illərdə yazdığı "Əsgər İvan Çonkinin həyatı və qeyri-adi macəraları" trilogiyası olub.

 





28.07.2018    çap et  çap et