525.Az

Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzərdə məşq etdilər


 

Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzərdə məşq etdilər<b style="color:red"></b>

“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinə hazırlıq çərçivəsində Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunun ərazisində artilleriya atışlarını  məşq etdiriblər. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi dənizçilər üzən minaların məhv edilməsi məqsədilə ilkin artilleriya atışları icra edib. Gəmilərin müxtəlif üsullarla yanalması da məşq olunub.  

Növbəti hazırlıq mərhələsində gəmi heyətləri dəniz və hava hədəflərinə artilleriya atışlarını, habelə heyətlərin sağqalma qabiliyyətini məşq etdirəcəklər.

 





28.07.2018    çap et  çap et