525.Az

İŞİD Əfqanıstandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdü


 

İŞİD Əfqanıstandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdü<b style="color:red"></b>

İŞİD terror qruplaşması Əfqanıstanın Cəlalabad şəhərində törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb. 

Ötən gün Cəlalabadda tibb mərkəzinin qarşısında terrorçu-kamikadze özünü partladıb. Bundan əvvəl partlayış nəticəsində 2 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı bildirilirdi.

 





30.07.2018    çap et  çap et