525.Az

ABŞ-da meşə yanğınları 6 nəfərin ölümünə səbəb olub, 7 nəfər itkin düşüb


 

ABŞ-da meşə yanğınları 6 nəfərin ölümünə səbəb olub, 7 nəfər itkin düşüb<b style="color:red"></b>

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 7 nəfər itkin düşüb. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 5 nəfərin öldüyü bildirilirdi. 

Kaliforniya ştatının Şasta dairəsində alov 500 yaşayış evini məhv edib, 75 evə ziyan vurub. Ümumilikdə yanğın 19,5 min hektar sahəni əhatə edib, ətraf ərazilərdən 38 min insan təxliyə olunub. 

Təbii fəlakətlə əlaqədar ABŞ prezidenti Donald Tramp Kaliforniya ştatında fövqəladə vəziyyət elan edib.

 





30.07.2018    çap et  çap et