525.Az

İŞİD Tacikistanda turistlərə hücuma görə məsuliyyəti öz üzərinə götürdü


 

İŞİD Tacikistanda turistlərə hücuma görə məsuliyyəti öz üzərinə götürdü<b style="color:red"></b>

İŞİD terror qruplaşması Tacikistanda 4 nəfərin ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, iyulun 29-da Hatlon vilayətində avtomobil qəsdən 4 velosipedçini vuraraq öldürüb. Onlardan 2-si ABŞ, 1-i İsveçrə, daha 1-i isə Niderland vətəndaşı olub. Daha 3 əcnəbi xəsarət alıb. 

Bu gün turistlərə hücumda iştirak edən 3 nəfər polisə silahlı müqavimət göstərərkən məhv edilib. Həmçinin, hadisə ilə əlaqədar daha bir neçə nəfər saxlanılıb.

 





31.07.2018    çap et  çap et