525.Az

Tənkəmər dağında yanğınsöndürmə işləri davam etdirilir


 

Tənkəmər dağında yanğınsöndürmə işləri davam etdirilir<b style="color:red"></b>

Tənkəmər dağında və ətraf meşəlik ərazilərdə (Quba və Şabran rayonlarının ərazisi) yanğınsöndürmə işləri davam etdirilir. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hazırda yanğın ocaqlarında tüstülənmə müşahidə olunur, açıq alov yoxdur.  

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri yanğınsöndürmə işlərində iştirak edir. 

Əlavə məlumat veriləcək.

 





31.07.2018    çap et  çap et