525.Az

"Xaçaturovun geri çağırılması ilə bağlı Ermənistandan sorğu daxil olmayıb"


 

"Xaçaturovun geri çağırılması ilə bağlı Ermənistandan sorğu daxil olmayıb"<b style="color:red"></b>

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı rəhbərliyində qurumun fəaliyyətdə olan baş katibi Yuri Xaçaturovun geri çağırılması ilə bağlı Ermənistandan sorğunu göndərilməsinə dair məlumat yoxdur. 

APA-nın məlumatına görə, bu sözləri "RİA Novosti"yə açıqlamasında KTMT baş katibinin müavini Valeri Semerikov deyib. 

Qeyd edək ki, Ermənistan XİN mətbuat xidmətinin rəhbəri Tiqran Balayan iyulun 28-də KTMT baş katibini dəyişmək prosesini başlatmaq barədə tərəfdaşlara müraciət etdiklərini və hazırda bu məsələ ətrafında məsləhətləşmələr aparıldığını deyib. Ermənistan Xüsusi İstintaq Xidməti Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, KTMT-nin baş katibi Yuri Xaçaturovu 2008-ci il 1 mart aksiyalarının dağıdılması ilə bağlı cinayət məsuliyyətinə cəlb edib. Məhkəmə onun zaminə buraxılması barədə qərar verib.

 





31.07.2018    çap et  çap et