525.Az

"Volkswagen" 1200-ə yaxın avtomobili geri çağırıb


 

"Volkswagen" 1200-ə yaxın avtomobili geri çağırıb<b style="color:red"></b>

"Volkswagen Group Rus" şirkəti Rusiyada 1 174 "Volkswagen" avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar arxa cərgədəki sərnişin oturacaqlarının təhlükəsizlik kəmərlərində kilidlərin mümkün qüsuru ilə əlaqədardır.

Məlumatda qeyd olunur ki, geri çağırılma 2018-ci illərdə Rusiyada satılmış “Teramont” modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.

 





02.08.2018    çap et  çap et