525.Az

Çavuşoğlu və Pompeo həbsdə olan amerikalı rahib məsələsini müzakirə edəcəklər


 

Çavuşoğlu və Pompeo həbsdə olan amerikalı rahib məsələsini müzakirə edəcəklər<b style="color:red"></b>

Bu gün Sinqapurda Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Mayk Pompeo arasında ikitərəfli görüş keçiriləcək.

Trend-in türk KİV-nə istinadən verdiyi məlumata əsasən, görüş Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində keçiriləcək.

Görüş zamanı tərəflər amerikalı rahib Endryu Kreyq Bransonun həbsi məsələsini müzakirə edəcəklər.

Qeyd edək ki, ABŞ Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiya tətbiq edib.

Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, həmin nazirlər Türkiyədə amerikalı rahib Endryu Bransonun həbsində aparıcı rol oynayıblar.

Xatırladaq ki, daha öncə ABŞ Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmadığı halda ölkəyə qarşı sanksiyalar tətbiq edə biləcəyini bəyan edib.

 





03.08.2018    çap et  çap et