525.Az

Kosta-Rikada 2 ton kokaini daşıyan gəmi saxlanıldı


 

Kosta-Rikada 2 ton kokaini daşıyan gəmi saxlanıldı<b style="color:red"></b>

Kosta-Rika sahil mühafizə xidməti uğurlu əməliyyat keçirib.

Trend-in məlumatına görə, xidmət 2 tona yaxın kokaini daşıyan gəmini saxlayıb.

Bildirilir ki, əməliyyat ABŞ tərəfindən ötürülmüş informasiya əsasında keçirilib.

Gəmi Sakit okean sularında saxlanılıb.

Əməliyyat zamanı 3 ekipaj üzvü də saxlanılıb. Saxlanılanların hamısının Kolumbiya vətəndaşları olduğu bildirilir.

 





03.08.2018    çap et  çap et