525.Az

Orxan Camalın meyiti Rusiyaya avqustun 5-də gətiriləcək


 

Orxan Camalın meyiti Rusiyaya avqustun 5-də gətiriləcək<b style="color:red"></b>

"Mərkəzi Afrika Respublikasında (MAR) öldürülən üç rusiyalı jurnalistin meyiti ölkə paytaxtı Banqidən avqustun 3-də axşam saatlarında göndəriləcək, Rusiyaya isə avqustun 5-nə keçən gecə çatacaq".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın MAR-dakı müvəqqəti işlər vəkili Viktor Tokmakov bildirib.

Onun sözlərinə görə, meyitlər bu gün Banqi-Paris və sonra Paris-Moskva reysləri ilə Rusiyaya aparılacaq.

Qeyd edək ki, iyulun 31-də Rusiyanın MAR-dakı səfirliyi respublikanın paytaxtı Banqidən şimalda yerləşən Sibyu şəhərində 3 nəfərin öldürülməsi ilə bağlı məlumat yayıb. Sonra Rusiya Xarici İşlər Nazirliyindən meyitləri iyulun 30-da aşkar edilmiş şəxslərin üzərindən Kirill Radçenko, Aleksandr Rastorquyev və Orxan Camalın adına olan jurnalist sənədləri tapıldığı bildirilib.

 





03.08.2018    çap et  çap et