525.Az

Dünyanın ən nəhəng atom gəmisi 1 milyard dollara utilizasiya ediləcək


 

Dünyanın ən nəhəng atom gəmisi 1 milyard dollara utilizasiya ediləcək<b style="color:red"></b>

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus “Enterprise” atom aviadaşıyıcı gəmisinin utilizasiyası bir milyard dollara başa gələcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu, ABŞ Konqeresinin nəzarət-təftiş orqanı olan Baş Nəzarət İdarəsinin hesabatında bildirilib.

Bu gəmi ABŞ-ın Hərbi Dəniz Qüvvələrində 50 ildən çox xidmət edib.

“Enterprise” 2017-ci ilin fevralında Hərbi Dəniz Qüvvələrinin sıralarından çıxarılıb. Onun uzunluğu 342 metrdir. Bu, dünyanın ən nəhəng gəmisi olub. 1961-ci ildə suya buraxılıb. Sonuncu dəfə 2012-ci ildə döyüş tapşırığını yerinə yetirib.

 





03.08.2018    çap et  çap et