525.Az

Koçaryan ifadə verməkdən imtina etdi


 

Koçaryan ifadə verməkdən imtina etdi<b style="color:red"></b>

Konstitusiya quruluşunu devirməkdə ittiham olunan Ermənistanın sabiq prezidenti Robert Koçaryan 1 mart 2008-ci il tarixində etiraz aksiyalarının dağıdılmasına dair açılan cinayət işi üzrə ifadə verməkdən imtina edib.

Trend-in məlumatına görə, bu barədə Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan bildirib.

“Koçaryan ifadə verməkdən imtina etdi, digər istintaq hərəkətlərində iştirak etmədi və istintaq aparılan otağı tərk etdi”, - Xaçatryan deyib.

Xüsusi İstintaq Xidməti iyulun 26-da Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürüb.

Bir gün sonra isə o, 2 ay müddətinə həbs edilib.

 





04.08.2018    çap et  çap et