525.Az

Dövlət Əmək Müfəttişliyi Xidmətində yeni rəis təyin


 

Dövlət Əmək Müfəttişliyi Xidmətində yeni rəis təyin <b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) kadr dəyişikliyi olub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq ƏƏSMN-dən bildirilib.

Belə ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Yalçın Müslümov və Elman Cəfərov vəzifələrindən azad ediliblər.

Nazir Sahil Babayevin digər əmri ilə Elman Cəfərov nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin olunub.

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin əvvəlki rəisi Əlizadə Fuad Rəhim oğlu idi. O, vəzifəsindən azad olunandan sonra nazirlikdə hər hansı vəzifəyə təyinat almayıb.

 





04.08.2018    çap et  çap et