525.Az

NATO-nun Balkanlarda ilk hərbi bazası tikiləcək


 

NATO-nun Balkanlarda ilk hərbi bazası tikiləcək<b style="color:red"></b>

Albaniya NATO-nun Balkanlarda ilk hərbi bazasını Kuçova şəhərində tikmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Edi Rama öz "Facebook" səhifəsində yazıb.

Baş nazir bildirib: "Şimali Atlantika Şurası Qərbi Balkanlarda ilk hərbi bazanı Albaniyada tikmək qərarını qəbul edib".

Onun sözlərinə görə, NATO-nun layihənin ilk hissəsində sərmayəsi 50 milyon avro təşkil edəcək.

 





05.08.2018    çap et  çap et