525.Az

Ukrayna şirkəti Azərbaycanda spirtli içki istehsalına başlayır


 

Ukrayna şirkəti Azərbaycanda spirtli içki istehsalına başlayır<b style="color:red"></b>

Ukraynanın "Global Spirits" spirtli içki holdinqi ("Xortitsa", "Shustoff", "Moroşa" brendləri) öz məhsullarını Azərbaycanda da istehsal edəcək.

"Report" xəbər verir ki, bunu "Radio NV"nin efirində holdinqin sahibi Yevgeni Çernyak deyib.

"Biz, məncə avqustun 10-dan etibarən Azərbaycanda istehsala başlayırıq", - deyə o bildirib.

Onun sözlərinə görə, "şirkət xarici bazarlarda inkişaf etmək qərarına gəlib. Çünki bu bazarlar daha sabit, marja daha yüksəkdir və biznes üçün oyun qaydaları daha ədalətlidir".

 





05.08.2018    çap et  çap et