525.Az

Dövlət Departamenti Stiven Siqala Rusiya XİN-də vəzifə verilməsini şərh etmədi


 

Dövlət Departamenti Stiven Siqala Rusiya XİN-də vəzifə verilməsini şərh etmədi <b style="color:red"></b>

ABŞ Dövlət Departamenti amerikalı aktyor Stiven Siqalın Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-Amerika humanitar əlaqləri məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunmasına münasibət bildirməyib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Departament rəsmisi məsələ ilə bağlı şərh vermək niyyətində olmadıqlarını deyib.

"Biz bu məsələ ilə bağlı nə isə (şərh vermək) planlaşdırmırıq ", — deyə rəsmi nümayəndə söyləyib.

 





05.08.2018    çap et  çap et